1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məmmədyarov liderliyi əldən verdi
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess” turnirində 8-ci turun oyunları keçirilir.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov bu turda uduzub.
O, qara fiqurlarla ən yaxın izləyicisi Aniş Qiri ilə üz-üzə gəlib. Bu məğlubiyyətdən sonra 5,5 xalda qalan Məmmədyarov ikinci pilləyə geriləyib. Aniş Qiri (Hollandiya) isə liderliyə yüksəlib.
Qeyd edək ki, 9-cu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vladimir Kramniklə qarşılaşacaq.