1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məmmədyarov, Karuana və Qrişukdan heç-heçə, Aronyan yenə uduzdu - YENİLƏNDİ
Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.
Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar - 0,5:0,5. Bununla da Məmmədyarov turnirdə 9-cu dəfə xalları yarı bölüb. Hələlik məğlub olmayan 33 yaşlı qrossmeysterin 2 qələbəsi var.
Lider Fabiano Karuana isə ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə heç-heçə edib. Bu nəticə ABŞ təmsilçisinə Məmmədyarovdan çox uzaqlaşmaq imkanı verməyib. Hazırda Karuana ilə azərbaycanlı şahmatçını yarım xal ayırır.
Turun daha 2 görüşü belə nəticələnib:
Din Lijen (Çin) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya) - 0:1
11 turdan sonra turnir cədvəlinə 7 xalla Karuana başçılıq edir. Məmmədyarov 6,5 xalla 2-ci yerdə qərarlaşıb. Karyakin və Qrişuk hərəyə 6 xalla 3-4-cü yerləri bölüşür. Lijen 5,5 xalla 5-ci, Kramnik 5 xalla 6-cı, So 4,5 xalla 7-ci, Aronyan 3,5 xalla 8-cidir.