
Azərbaycan yığmasının 3 üzvü Gürcüstanın Batumi şəhərində təşkil edilən Ümumdünya Şahmat Olimpiadasında öz lövhələrində göstərdikləri nəticələrə görə medala layiq görülüblər.
Sportnet.az xəbər verir ki, kişilərin yarışında ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb.
Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticə ilə qızıl medal əldə edib.
Qeyd edək ki, Azərbaycanın kişi və qadın şahmatçıları Olimpiadada müvafiq olaraq, 15 və 9-cu yerləri tutublar.