
Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün IV tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib İsveç yığması olub.
Görüş skandinaviyalıların qələbəsi ilə yekunlaşıb - 3:1. Fikrət Sideifzadənin kapitan olduğu yığmanın üzvlərindən yalnız Rauf Məmmədov qələbə qazanıb. Əvəzində Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərli rəqiblərinə təslim olub.
Beləliklə, 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan millisi 9-cu pilləyə enib. İlk qələbəsini qazanan İsveç isə 8-ci pilləyə yüksəlib.
İlk 3 turda Azərbaycan yığması Çin və İngiltərəyə uduzub, Qazaxıstanla isə heç-heçə edib. İsveç isə Hindistan, Qazaxıstan və İranla keçirdiyi qarşılaşmalardan məğlub ayrılıb.
IV turun Rusiya - İngiltərə matçında qalib müəyyənləşməyib - 2:2. ABŞ - Qazaxıstan, Hindistan - Çin və İran - Misir qarşılaşmaları hələ davam edir.
4 turdan sonra Rusiya 7 xalla liderdir. İngiltərə isə 6 xalla 2-ci pillədədir.
Dünya çempionatı, IV tur
8 mart
13:00. İsveç – Azərbaycan - 1:1
Nils Qrandelius - Arkadi Naydiç - 1:0
Hans Tikkanen - Rauf Məmmədov - 0:1
Erik Blumkvist - Qədir Hüseynov - 1:0
Linus Yohansson - Eltac Səfərli - 1:0
Məmmədov və Səfərli ağ, Naydiç və Hüseynov qara fiqurlarla çıxış edib.