Buta Palace banket-konsert kompleksi və Vüqar Həşimov Şahmat Akademiyasının təşkil etdiyi Buta Chess şirkətlər arası ilk şahmat turniri keçirilib.
Sportnet.az xəbər verir ki, FİDE qaydalarına əsasən keçirilən turnirdə 20 komanda mübarizə aparıb. Yarış İsveçrə sistemi ilə keçirilib. Turnirin baş hakimi Kamran Salehov olub.
Yeddi turun nəticələrinə görə lider olan Legno Linea şirkətinin şahmatçısı "Armagedon" sistemi ilə keçirilən finalda, ikinci ən çox xal toplayan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təmsilçisi ilə qarşılaşıb.
Nəticədə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası qələbə qazanmaqla turnirin qalibi olub. Komanda üzvləri Anar Rəsulov və Rauf Rzayevə diplom və qiymətli hədiyyələr təqdim olunub.