Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Ukrayna ilə görüşəcək. Hazırda hər iki komanda 11 xalla şərikli liderdir.
Qadın millisi isə Macarıstanla qarşılaşacaq. Hazırda hər iki komandanın 9 xalı var. Azərbaycan 6-cı, Macarıstan 8-ci yerdə gedir.