Azərbaycan Şahmat Federasiyasının (AŞF) tanınmış məşqçi Mixail Şereşevski ilə imzaladığı müqavilənin müddəti bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə AŞF-nin prezidenti Mahir Məmmədov qurumun mətbuat xidmətinə müsahibəsində deyib.
O bildirib ki, İcraiyyə Komitəsində belaruslu mütəxəssisin məsələsi müzakirə olunub və onunla 6 aylıq sözləşmənin imzalanması barədə qərar qəbul edilib: "Tanınmış pedaqoq, məşqçi Mixail Şereşevski bir müddət Azərbaycan şahmatçıları ilə işləyəcək. Onların hazırlığı, inkişafı barədə bizə məlumat verəcək. Şereşevski 6 yaş kateqoriyası üzrə yeniyetmə və gənc şahmatçılara baxış keçirəcək. Fikrimizcə, belə təcrübəli pedaqoq və məşqçinin şahmatçılarımıza böyük faydası olacaq".