Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasında çıxışını başa vurub.
Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsində Polşa ilə qarşılaşan yığma ilk dueldə rəqibinə 2:4 hesabı ilə uduzsa da, ikinci qarşılaşmada hesabı bərabərləşdirə bilib.
Qalibi müəyyənləşdirmək üçün komandalar arasında "armageddon" oynanılıb.
Burada Günay Məmmədzadə Monika Soçko ilə qarşılaşıb və məğlub olub. Bununla da Azərbaycan olimpiadada mübarizəni dayandırıb.
"Armageddon"
Günay Məmmədzadə - Monika Soçko 0:1
----------------------------------------------------------------------------------------------
Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"un 1/4 final mərhələsində Polşa ilə qarşılaşan Azərbaycan millisi ikinci görüşü qələbə ilə başa vurub.
"Report"un məlumatına görə, rəqibini 4,5:1,5 hesabı ilə məğlub edən yığma hesabı bərabərləşdirib.
Qalibi müəyyənləşdirmək üçün komandalar arasında "armageddon" oynanılacaq.
Azərbaycan - Polşa 4,5:1,5
Xanım Balacayeva - Alisa Sviliçka 0:1
Teymur Rəcəbov - Yan-Kşiştof Duda 0,5:0,5
Ülviyyə Fətəliyeva - Karina Sifka 1:0
Vüqar Əsədli - Şimon Qumularz 1:0
Rauf Məmmədov - Radoslav Voytaşek 1:0
Günay Məmmədzadə - Monika Soçko 1:0
--------------------------------------------------------------------------
Bu gün Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçirilir.
"Report"un məlumatına görə, onlayn yarışda B qrupunu 14 xalla birinci pillədə başa vuran Azərbaycan millisi bu raundda Polşa ilə üz-üzə gəlir.
Yığma ilk dueldə rəqibinə 2:4 hesabı ilə uduzub.
Azərbaycan - Polşa 2:4
Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda 0:1
Rauf Məmmədov - Radoslav Voytaşek 0:1
Günay Məmmədzadə - Monika Soçko 0,5:0,5
Gülnar Məmmədova - Karina Sifka 0:1
Vüqar Əsədli - Şimon Qumularz 0,5:0,5
Xanım Balacayeva - Alisa Sviliçka 1:0
1/4 final mərhələsinin digər görüşlərində Hindistan Ermənistanı, Rusiya Macarıstanı məğlub edib. ABŞ isə Ukrayna ilə münasibətlərinə aydınlıq gətirir.
Azərbaycan - Polşa qarşılaşmasının qalibi yarımfinalda Hindistanla, ABŞ - Ukrayna duelinin güclüsü isə Rusiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri avqustun 29-da, final isə avqustun 30-da gerçəkləşəcək.
Xatırladaq ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir.
Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.