
Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Boris Kirilov 2015-cı ildə keçiriləcək su idman növləri üzrə dünya çempionatına lisenziya qazanıb. Bu barədə Sportnet.az-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.
Onun sözlərinə görə, Kirilov mayın 15-də Belarusun Brest şəhərində Ümumdünya Üzgüçülük Federasiyasının təqvim planına uyğun keçirilən lisenziya xarakterli açıq çempionatın finalında 200 mert məsafəyə arxası üstə üzmə üsulu üzrə 2.03.19 saniyə nəticə göstərərək, qizil medalla sahib olub.
Qeyd edək ki, su idman növləri üzrə 16-cı dünya çempionatı 2015-cı ildə iyulun 24-dən avqustun 15-dən Rusiyanın Kazan şəhərində keçiriləcək.