
Qazaxıstanda təşkil edilən akademik avarçəkmə üzrə beynəlxalq Türküstan Kubokuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, Türküstan şəhərində keçirilən reqatada Azərbaycanın gənc idmançısı Nurlan Paşayev mükafatçılar sırasına düşüb.
Finalda finiş xəttini üçüncü keçən Paşayev bürünc medala sahib olub.