
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) “Qarabağ” futbol klubunun həkim-diyetoloqu İlqar Şamilovla müqavilə bağlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Şamilov oktyabrın 1-dən işə başlayacaq.
Doktor ASF ilə əməkdaşlıq çərçivəsində milli komandarın üzgüçülərinin daha düzgün qidalanmaları və daha yaxşı nəticələr qazanmaları üçün çalışacaq.
Qeyd edək ki, İlqar Şamilov Nutrisiologiya və Diyetologiya Assosiasiyasının həmtəsisçisi və idarə heyətinin sədri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutu Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Şurasının üzvüdür. O, 2020-ci ildən "Qarabağ"da çalışır.