1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan idmanında tarixi hadisə
Bu gün Azərbaycan idmanında tarixi hadisə baş verib. Sportnet.az-ın məlumatına görə, ölkəmiz ilk dəfə avarçəkmə növləri üzrə olimpiya medalı əldə edib.
Bu uğura Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında akademik avarçəkənimiz Boris Yotov imza atıb. Yotov 1 nəfərlik qayıqla 1000 metr məsafəyə final yürüşündə 3 dəqiqə 21,82 saniyə nəticə ilə gümüş medal qazanıb.
Əvvəllər ölkəmiz olimpiadalarda avarçəkmə növləri üzrə 2 dəfə təmsil olunub. 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında kanoeçimiz Radoslav Kutsev 5-ci yerlə kifayətlənib. 2012-ci il London Yay Olimpiya Oyunlarında Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz 4-cü, akademik avarçəkənimiz Aleksandr Aleksandrov 5-ci yeri tutub. Onların hamısı medala çox yaxın olmalarına baxmayaraq, fəxri kürsüyə qalxa bilməyiblər. Amma Yotov bunu bacarıb.
Qeyd edək ki, Boris Yotov cəmi 18 yaşının olmasına baxmayaraq, böyüklər arasında da nüfuzlu yarışlara qatılır. O, hətta 2 ay öncə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında Aleksandr Aleksandrovla birgə 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. İndi isə Yotov Çindən birbaşa Hollandiyanın paytaxtı Amsterdama yollanacaq. Təmsilçimiz avqustun 24-də start götürəcək dünya çempionatına qatılacaq.