Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir uğura nail olub.
Qurumdan Sportnet.az-a verilən məlumata görə, ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Prezident Kuboku-2023" beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib.
Assosiasiyanın rəsmi internet səhifəsində yarışla bağlı məlumat da dərc olunub.
Qeyd edək ki, "Prezident Kuboku-2023" 4 - 7 mayda gerçəkləşəcək. AKAF-ın 2022-ci il, 21 - 23 oktyabrda təşkil etdiyi “Mingəçevir Reqatası” da Avropa Kanoe Assosiasiyasının təqvimində yer almışdı.