1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cəmşid Məhərrəmov 250-yə çatdı
Topaz Premyer Liqasının III turu "Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov üçün əlamətdar olub. Sportnet.az-ın PFL--in saytına istinadən məlumatına görə, təcrübəli müdafiəçi Azərbaycan çempionatında yubiley – 250-ci matçına çıxıb.
Cari mövsümədək Premyer Liqada 248 qarşılaşmaya çıxan Məhərrəmov ilk turu buraxsa da, növbəti iki matçda komandasına kömək etməklə 250-yə çatıb.
Yubileyini "Xəzər Lənkəran”la səfər matçında qeyd edən 32 yaşlı futbolçu güclülər dəstəsində 12 il əvvəl MOİK-in heyətində debüt edib. Karyerası ərzində "Karvan”, "Bakı”, "Kəpəz” və "Rəvan”da da oynayan Məhərrəmov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 44-cü futbolçu olub. Müdafiəçi bu görüşlərdə 3 qol vurub.
Qeyd edək ki, oyun sayında mütləq rekord Mahmud Qurbanova məxsusdur – 421 matç.