Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu gün qadın güləşçiləri mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı bu növ üzrə Leyla Qurbanova təmsil edir.
Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. Leyla Qurbanova Olimpiya Oyunlarının gümüş medalını qazanıb. Bununla da Azərbaycan yığması olimpiadada 9-cu medalını qazanıb. Medallardan 2-si qızıl, 6-sı gümüş, 1-i isə bürüncdür.
1-ci dövrə - Tianna Kennet - Leyla Qurbanova 0:10
2-ci dövrə - Alyona Kremtser - Leyla Qurbanova 1:2
3-cü dövrə - Apariçio Vaskes - Leyla Qurbanova 0:6 (təmiz qələbə)
FİNAL. Leyla Qurbanova - Mayu Mukaida - 3:9
Qeyd edək ki, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ötən gün yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.