Böyükağa Haciyev "Partizan”la cavab matçından sonra (1:2) mətbuat konfransında, "Avropa Liqasının oyunlarında pis nəticələrdə həmişə istefa verəcəyinizi demisiz, bu dəfə necə olacaq...” – sualıma, "...istefadan söhbət gedə bilməz” cavabı vermişdi. Və dünən klub saytında istefası xəbəri çıxdı.
"Neftçi”nin istefa məsələləri üzrə ixtisaslaşmış klub olduğunu təkcə mütəxəssislər, el ağsaqqalları yox, ən sıravi vətəndaşlar da deyir. Ancaq bu siyasətin işlənmə və işlətmə mexanizmi hər kəsə bəlli deyil. Hər qərardan sonra adamda belə bir iri sual yaranır: "Niyə ki?”
İndi bu sual yenə yaranıb. Niyə Böyükağa Haciyev? Niyə Sadıq Sadıqov, Tahir Süleymanov yox, B.H.? Hər dəfə "günah keçisi” obrazına salınmasından məmnun görünən Böyükağa Haciyevi haqlı çıxartmaq deyil fikrim.
Yalnız bir məqam ayıblıdı: Azərbaycanın Avropa Liqasının qrup mərhələsində təmsil eləyən ilk məşqçinin urvatı asanlıqla yerin dibinə salınıb... Biz qəhrəman qayıra bilmirik, qəhrəman da heç özünü qayıra bilmir.
Bizdə belədi... gördüyünüz kimi...
Məgər Tahir Süleymanov mövsüm ərzində səkkiz yüz altmış üç dəfə istefa verirsə, ordan da Böyükağa Haciyev aşağı-yuxarı bu işi bu qədər təkrarlayırsa, nəticədə bunların bütün məqsədləri Sadıq Sadıqovu haqlı, təmiz, ulu, vacib çıxarmaqdısa.. "Niyə ki?”
Yerinə təyin olunana baxın - Arif Əsədov. Bu şəxs məşqçi kimi 2010/11 mövsümündə komandanı çempion eləyibmiş... cümləni obyektiv qurun; Əsədov 10/11 mövsümündə çempionluğu alan "Neftçi"nin baş məşqçisi vəzifəsində olub. Vəssalam, başqa heç nə...
Klubların bir futbolçunu göndərib, ondan irəli olmayan birini gətirməsi qədər mənasız addım yoxdu - həmçinin baş məşqçi məsələsində... Əgər komandanın baş məşqçisi Tahir Süleymanovla Sadıq Sadıqovdursa, gücənməyin, bunun sirr olmadığını anlayın, cənablar; biz bunu bilirik. Siz yeni, heç kəsin tanımadığı, sizə sərf eləyən, sadəcə, yeni ad ola biləcək birini də gətirə bilərdiz o yerə.. Əvəzetmələrə, heyətin qurulmasına göstəriş verəndə sizə, "Niyə ki?" deməyən o qədər məşqçisi var ki ölkəmin...
Siz ordan əlinizdən, ayağınızdan, ağzınızdan gələni Sadıqov üçün eləyin, bu yandan da "Neftçi"nin yenidən yerlə sürünən imicinə bir salavat...
Elçin CƏLİLOV
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |