1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiadaya daha bir lisenziya
Azərbaycan qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı idmançı buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə nail olub. 1/4 finalda rusiyalı Yekaterina Poleşçuka qalib gələn Stadnik ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.
Beləliklə, o, olimpiadaya vəsiqə əldə edən ilk azərbaycanlı güləşçi olub. Daha əvvəl atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev də "Tokio-2020"də iştirak hüququ əldə edib.
Beləliklə, o, olimpiadaya vəsiqə əldə edən ilk azərbaycanlı güləşçi olub. Daha əvvəl atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev də "Tokio-2020"də iştirak hüququ əldə edib. XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin 24 iyul - 9 avqustunda keçiriləcək.
Qeyd edək ki, Mariya Stadnik karyerasında dördüncü dəfə olimpiadada iştirak hüququna yiyələnib. O, "Pekin-2008"də bürünc, "London-2012" və Rio-2016"da gümüş medal əldə edib. Stadnikin aktivində dünya çempionatının, 7 dəfə Avropa çempionatının və 2 dəfə Avropa Oyunlarının qızıl medalları da var.