Milli Olimpiya Komitəsi (MOK) ilə 3 tərəfdaş şirkət arasında Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Sportnet.az-ın məlumatına görə, "Fairmont" otelində təşkil olunmuş tədbirə dövlət və hökumət nümayəndələri, idman ictimaiyyətinin tanınmış simaları, tərəfdaşlar və media mənsubları qatılıb. İmzalanmış sənədlərə əsasən, hər 3 tərəfdaş şirkət 2021-ci ilin sonunadək MOK və milli olimpiya komandasının məğrur tərəfdaşları olacaqlar.
Qeyd edək ki, Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda, XV Yay Paralimpiya Oyunları 25 avqust - 6 sentyabrda keçiriləcək.