
Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin Təşkilat Komitəsinə ötürülmə prosesi martın 19-da bağlı qapılar arxasında baş verəcək.
Sportnet.az-ın Yunanıstan Olimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, prosesi izləməyə azarkeşlər və jurnalistlər koronavirus epidemiyası ilə əlaqədar buraxılmayacaqlar.
Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda keçirilməlidir. Epidemiya üzündən bir sıra tədbirlər ləğv olunub və ya təxirə salınıb. Lakin Oyunların təxirə salınacağına dair xəbərlər hələ yoxdur.