Azərbaycanın teakvondoçu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında medal şansını itirib.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançını 1/4 finalda məğlubiyyətə uğradan Nikita Rafaloviç finala adlaya bilməyib.
O, yarımfinalda Saleh Elşarabatiyə (İordaniya) uduzub.
Beləliklə, Fəridə Əzizovanın (67 kq) ardından Milad Beigi Hərçəqani də Tokio-2020-ni medalsız başa vurub.
---------------------------------
Azərbaycanın qadın teakvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarında medal şansını itirib.
Sportnet.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 finalda məğlubiyyətə uğradan Peyc Makferson (ABŞ) finala adlaya bilməyib.
O, yarımfinalda Matea Jeliclə (Xorvatiya) bacarmayıb.
Beləliklə, Əzizova Tokio-2020-ni medalsız başa vurub.
------------------------------------
Azərbaycanın taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Nikita Rafaloviçlə (Özbəkistan) üz-üzə gəlib.
Hərçəqani rəqibinə 1:12 hesabı ilə uduzub. O, daha əvvəl Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəlmişdi.
Qeyd edək ki, digər taekvondoçu Fəridə Əzizova (67 kq) ilk görüşdə Peyc Makfersona (ABŞ) məğlub olub.
------------------------------------------------
Azərbaycanın daha bir taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib.
Rəqibinə 15:11 hesabı ilə qalib gələn Hərçəqani 1/4 finala yüksəlib. İlk raundda idmançılar xal qazana bilməyib. Azərbaycan təmsilçisi ikinci raundda 6:7 hesabı ilə uduzsa da, sonuncu raundda 9:4 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, digər taekvondoçu Fəridə Əzizova (67 kq) ilk görüşdə Peyc Makfersona (ABŞ) uduzub.
-----------------------------------------------------
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gəlib.
Əzizova rəqibinə 5:8 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb - 3:3.