
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 30 yaşlı idmançı Cənubi Koreya təmsilçisi An Çanqrimlə qarşılaşıb.
Dünya çempionuna məğlub olan Orucov medalsız qalıb. O, yekunda 5-ci yeri tutub.
---------------------------------------------------
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşdə rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı An Çanqrimlə (Cənubi Koreya) üz-üzə gələcək. Çanqrim yarımfinalda Laşa Savdatuaşviliyə (Gürcüstan) yenilib.
Qeyd edək ki, An Çanqrim 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi olub.
---------------------------------------------------------
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı Kosova təmsilçisi Akil Cakova ilə üz-üzə gəlib.
Əsas vaxtda qalib müəyyənləşməyib. Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.
-------------------------------------------------------------------
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/4 final mərhələsində yaponiyalı Şohei Ono ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Orucov təsəlliverici görüşdə Akil Qyakova ilə görüşəcək.
-----------------------------------
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/8 final mərhələsində Tacikistan təmsilçisi Somon Makhmadbekovla qarşılaşıb.
Rəqibinə vazari ilə qalib gələn Orucov 1/4 finala yüksəlib.
--------------------------------------------------------------
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla üz-üzə gəlib.
Rəqibinə vazari ilə qalib gələn Orucov 1/8 finala yüksəlib. O, bu raundda Somon Makhmadbekovla (Tacikistan) görüşəcək.
Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan komandasının bayraqdarlarından biridir.