Yaponiyalı skeytbordçu Momidzi Nisiya Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, idmançı 13 yaş 330 günlüyündə çempion olub.
O, Yay Olimpiya Oyunlarının tarixinə düşüb. Nisiya çempion adını qazanan ən gənc ikinci idmançıdır.
Daha əvvəl ABŞ təmsilçisi Marcori Qestrinq 1936-cı ildə suyatullanma növündə 13 yaş 268 günlüyündə fərqlənib.