Bu gün Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, ümumilikdə isə 3 təmsilçi qüvvəsini sınayacaq.
Boksçuların yarışında Alfonso Dominges yarımfinal görüşünə çıxacaq. Ən azı bürünc medalı təmin edən 26 yaşlı idmançı finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq.
Kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yeri tutan Ruslan Lunyov bu dəfə 25 metr məsafəyə atəşaçmada məharətini göstərəcək. O, finala adlamaq üçün təsnifat mərhələsini ilk "6-lıq"da başa vurmalıdır.
Azərbaycanın qadın atleti Anna Skidan isə çəkicatma növündə mübarizə aparacaq. Təsnifat mərhələsində A qrupunda qərarlaşan idmançı finala vəsiqə qazanmaq üçün ən yaxşı 12 atlet arasına düşməlidir.
Tokio-2020
1 avqust
Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma
03:30. Təsnifat. Ruslan Lunyov
Çəkicatma
04:10. Təsnifat. Anna Skidan
Boks
81 kq
13:51. 1/2 final. Alfonso Dominges - Arlen Lopes (Kuba)
Qeyd edək ki, Tokio olimpiadasında Azərbaycan idmançılarından 23-ü mübarizəni dayandırıb, 2-si medal qazanıb.