Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə,hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
50 kq çəki dərəcəsində çıxış edən Stadnik rusiyalı Stalvira Orşuşla, 65 kq-da mübarizə aparan Əliyev seneqallı Adama Diatta ilə, 97 kq çəkidəki Şərifov isə Rusiya Olimpiya Komitəsini təmsil edən Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.
Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq.