"Şəki" basketbol klubunun məşqçilər korpusuna daha bir nəfər qoşulub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata, ötən mövsüm də "Şəki"də çalışmış Etibar Bağırov klubda 3-cü məşqçi funksiyasını icra edəcək.
O, komandanın fiziki hazırlığına cavabdehlik daşıyacaq.
Qeyd edək ki, komandanın baş məşqçisi türkiyəli Bedri Meriç və onun köməkçisi Vüqar Musayev olacaq.