Yanvarın 7-də FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu Bakıda keçiriləcək.
Sportnet.az xəbər verir ki, İsrail klubu məlum səbəbə görə İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda, Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.
Qeyd edək ki, əgər pley-in görüşlərində hesab bərabər olarsa, 22 yanvar tarixində baş tutacaq 3-cü oyun da məhz Bakıda baş tutacaq.