
Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriya yığması ilə qarşılaşacaq.
Sportnet.az xəbər verir ki, Bakıda GİN-in Voleybol Mərkəzində keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Görüşü serbiyalı Stanislava Simic və türkiyəli Seçkin Yener idarə edəcəklər.
Qeyd edək ki, AVRO-2026-nın seçmə mərhələsində B qrupunda mübarizə aparan Azərbaycan millisi əvvəlki 3 qarşılaşmada məğlub olub. Yarışın formatına uyğun olaraq qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.
2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
16 avqust 2025 (Azərbaycan)
18:00. Azərbaycan - Avstriya
Ünvan: GİN-in Voleybol Mərkəzi
Əvvəlki oyunların nəticələri:
13 avqust 2025 (Belçika)
Belçika - Azərbaycan - 3:0 (25:13, 25:9, 25:13)
17 avqust 2024 (Avstriya)
Avstriya - Azərbaycan - 3:0 (25:16, 25:23, 25:14)
24 avqust 2024 (Azərbaycan)
Azərbaycan - Belçika - 0:3 (17:25, 12:25, 19:25)