
17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi III MDB Oyunlarına hazırlığı davam etdirir.
Sportnet.az xəbər verir ki, komanda bu məqsədlə bu gün Gürcüstanın Tbilisi şəhərinə yola düşüb.
Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində millimi Gürcüstanın yeniyetmələrdən ibarət yığması ilə bir neçə yoxlama oyunu keçirəcək.
Baş məşqçi Cahangir Seyed Abbasinin rəhbərliyi altında hazırlığa 15 idmançı cəlb olunub.
“Sea Breeze Cup” turnirinin oyun cədvəli müəyyənləşdi
Azərbaycan Voleybol Federasiyası və “Sea Breeze Resort”-un birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə “Sea Breeze Cup” turniri keçiriləcək.
Sentyabrın 2-də baş tutacaq yarışda 6 kişi və 6 qadın komandası birincilik uğrunda mübarizə aparacaq. Qarşılaşmalar Olimpiya sistemi üzrə “Sea Breeze Sport Beach Club”da təşkil olunacaq.
Oyun cədvəli:
- 09:00 – 13:00 – İlkin mərhələ
- 15:30 – 18:15 – Bürünc medal və final oyunları
- Final oyunlarından sonra – Mükafatlandırma mərasimi