
Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası Tailandda keçirilən dünya çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, "Filenin Sultanları" yarımfinalda Yaponiyanı məğlubiyyətə uğradıb - 3:1 (16:25, 25:17, 25:18, 27:25).
Komanda üzvlərindən Melissa Varqas 28, Ebrar Karabulut və Eda Erdem hərəyə 13 xal toplayıb.
Baş məşqçi Daniele Santarelli isə Serbiyadan sonra Türkiyə yığmasını da dünya çempionatının finalına çıxarıb. O, 2022-ci ildə Balkan komandasına qızıl medal qazandırıb.
Tarixində ilk dəfə mundialın finalında oynayacaq qardaş ölkə millisinin rəqibi İtaliya olacaq. Sentyabrın 7-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:30-da başlanacaq.