
Azərbaycan Voleybol Federasiyasının həkimi, Beynəlxalq Voleybol Federasiyası (FIVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) tibb komissiyalarının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Sportnet.az xəbər verir ki, həmyerlimiz 10-14 sentyabr tarixlərində İtaliyanın Corigliano Rossano şəhərində keçiriləcək çimərlik voleybolu üzrə U-18 qız və oğlanların Avropa çempionatında iştirak edəcək.
Kazımova turnirdə CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək.