
Azərbaycanın qız voleybolçulardan ibarət milli komandası III MDB Oyunlarında yarımfinala çıxıb.
Sportnet.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilmiş A qrupunun son oyununda Şahin Çatmanın baş məşqçi olduğu kollektiv Özbəkistana 3:2 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan millisi qrup lideri kimi adını növbəti mərhələyə yazdırıb. Finala gedən yolda rəqib Belarus yığması olacaq.
Günün digər oyununda B qrupunda Rusiya millisi Qırğızıstandan üstün olub (3:0) və finala vəsiqə qazanıb. Onların bu mərhələdəki rəqibi isə Özbəkistan komandası olacaq.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları oktyabrın 5-də baş tutacaq.