
III MDB Oyunlarının proqramına daxil olan çövkən yarışında ilk yarımfinal görüşü olub.
Sportnet.az xəbər verir ki, Şəki şəhər stadionunda baş tutmuş qarşılaşmada Azərbaycan millisi Qazaxıstana 5:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Həlledici oyunda rəqib Özbəkistan yığması olacaq. Bu komanda yarımfinalda Qırğızıstan kollektivinə qalib gəlib - 2:1.
Final görüşü oktyabrın 7-də keçiriləcək.