Noyabrın 7–də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürəcək VI İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının təqvimi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, noyabrın 21-dək davam edəcək yarışda Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının rəqibləri və oyunların başlama saatları müəyyənləşib.
Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandanın oyun cədvəli:
4 noyabr. 15:00. Azərbaycan - Tacikistan
6 noyabr. 15:00. Azərbaycan - İran
9 noyabr. 18:00. Azərbaycan - Türkiyə
12 noyabr. 15:00. Azərbaycan - Əfqanıstan








































































