Azərbaycanın basketbol üzrə kişilərdən ibarət milli komandası 2029-cu il Avropa çempionatının (Eurobasket) ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, noyabrın 25-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Tahir Baxşıyev 20 basketbolçu dəvət edib.
Həmin basketbolçular bunlardır: Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlı.
Millinin yeni üzvü Vesli Van Bek komandaya Şimali Makedoniyada qoşulacaq.
Hazırlıq prosesinin yekununda məşqçilər korpusu 12 nəfər basketboluçu millinin əsas heyətinə cəlb edəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ilk seçmə mərhələ görüşünü noyabrın 27-də Bakı vaxtı ilə saat 22:00-da səfərdə Şimali Makedoniyaya, ikinci oyununu isə noyabrın 30-da saat 18:00-da Bakıda Lüksemburq yığmasına qarşı keçirəcək.









































































