Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Z.Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Galatasaray” və Portuqaliyanın “FC Porto” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
Dekabrın 3-də İstanbulda keçiriləcək qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravaynen olacaq.




































































