Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Z. Gözəlbəyli kişi voleybolçular arasında CEV Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma SK” və Niderlandın “Sliedrecht Sport” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.
Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.














































































