Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Y. Parxomenko kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda iştirak edəcək.
Təcrübəli mütəxəssis yanvarın 7-də Rumıniyada baş tutacaq “CSM Corona” (Rumıniya) – “Volley Şönenverd” (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.






































































