Yeniyetmə oğlan və qız basketbolçulardan ibarət Azərbaycan milli komandalarının Avropa çempionatındakı rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 18 yaşadək qızlar komandası B divizionunda çıxış edəcək.
A qrupundakı rəqiblər İslandiya, Portuqaliya, Rumıniya və Niderland yığmaları olacaq. Oyunlar 31 iyul – 9 avqustda Rumıniyada keçiriləcək.
Oğlanlar komandası B divizionunda mübarizə aparacaq. B qrupundakı rəqibləri Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarıdır. Turnir 24 iyul – 2 avqustda Xorvatiyada gerçəkləşəcək.
20 yaşadək qızlardan ibarət milli komanda B divizionunda çıxış edəcək. Yarış 4 – 12 iyulda Bolqarıstanda təşkil ediləcək. Milli A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə qarşılaşacaq.
U-20 oğlanlardan ibarət komanda isə B divizionunda mübarizə aparacaq. 10–19 iyulda Slovakiyada gerçəkləşəcək A qrupunun oyunlarında rəqiblər İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya yığmaları olacaq.














































































