Avstriyanın paytaxtı Vyanada həndbol üzrə Avropa klub turnirlərinin 2014/2015-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Qitə miqyaslı turnirlərdə Azərbaycanın yeganə təmsilçisi olan qadın həndbolçulardan ibarət ABU klubunun da rəqibi müəyyənləşib.
Bu dəfə də "Çelenc Cup”da çıxış edəcək Bakı klubu yarışa 1/16 finaldan başlayacaq 30 komandadan biridir. ABU bu mərhələdə Serbiyanın "Srvena Zvezda” klubu ilə qarşılaşacaq. 1/16 finalın ilk oyunları noyabrın 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək. ABU il qarşılaşmanı səfərdə keçirməlidir. Yalnız bir komanda – Fransa təmsilçisi HAK birbaşa 1/8 finaldan mübarizəyə qoşulacaq.
Qeyd edək ki, ABU ötən mövsüm "Çelenc Cup”da mübarizəni 1/8 finalda digər Serbiya klubu "Millenium”a uduzmaqla dayandırmışdı (apasport.az).