
Bakıda Beynəlxalq Voleybol Federasiyasının II dərəcəli məşqçi seminarı işə başlayıb. Təşkilatçı Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, seminara 31 məşqçi qatılıb.
13 xarici və 18 yerli mütəxəssisin iştirak etdiyi seminara türkiyəli Nejat Sancak rəhbərlik edir. Onlar dərslərlə yanaşı, 25-26 iyunda Azərbaycan və Yunanıstan yığmaları arasında keçiriləcək Avropa Liqasının yarımfinal oyunlarını canlı izləyəcəklər. Seminarın sonunda iştirakçı məşqçilər "Beynəlxalq Məşqçi sertifakı" almaq üçün imtahan verəcəklər.
Qeyd edək ki, seminar iyulun 2-dək davam edəcək.