Hazırda "Gənclik" Olimpiya Kompleksində voleybolçu qadınlar arasında keçirilən Azərbaycan Super Liqasının III turunun "Telekom" - "Lokomotiv" matçında tabloda problem yaranıb.
Sportnet.az-ın oyunu arenadan izləyən əməkdaşının verdiyi məlumata görə, insident ikinci set zamanı baş verib. Tabloda hesabın yoxa çıxması üzündən, tamaşaçılar uzun müddət hesabdan xəbər tuta bilməyiblər. Bu zaman tablonun yanındakı, artıq mövcud olmayan, üzərində "Rabitə" voleybol klubu yazılmış lövhə diqqətlərini çəkib. Amma oyun dayandırılmayıb və hesab əllə qeydə alınıb. Problem üçüncü setin sonlarında aradan qalxıb.
Qeyd edək ki, görüş "Telekom"un qələbəsi ilə nəticələnib - 3:0.









































































