Çempionlar Liqasının C qrupunda "Azərreyl"in qonağı olan Polşanın "Dambrova Qornitsa"nın baş məşqçisi Xuan Manuel Serramalera görüşlə bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, o, ağır oyunda əsas oyunçularından birinin xidmətindən zədə üzündən yararlana bilmədiklərini söyləyib.
Lakin Serramaleranın fikrincə, bu itki məğlubiyyətə haqq qazandırmır: "Komandanın oyununu yüksəltmək üçün potensialımız var. Bunu növbəti oyunlarda ortaya qoyacağımıza ümid edirik".
Qeyd edək ki, qarşılaşma "Azərreyl"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.