
"İlk hissədə qalib gəldik, hər kəs yaxşı oynadı. Sonrakı hissələrdə isə özümüzün çox səhvlər etdik".
Sportnet.az-ın məlumatına görə, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Gümüş Avropa Liqasının ilk turunda Rumıniyaya Bakıda 1:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
Gənc mütəxəssis etiraf edib ki, hücum və blokda yaxşı oynayan rəqiblə müqayisədə müdafiədə və top qəbulunda pis çıxış ediblər.
Cəlalov Gürcüstanla səfərdə keçirəcəkləri səfərdə növbəti oyunda ilk turdakı səhvləri tekrarlamamağa çalışacaqlarını diqqətə çatdırıb.
Komandanın voleybolçusu Rəsul İbrahimov isə Rumıniyanın daha əz səhv sayəsində qələbəyə nail olduğunu söyləyib: "Rəqiblərimiz güclü idi. Bizdə ilk hissədə yaxşı oynadıq, amma sonra servisdə çox səhvə yol verdik. Rumıniya qrupumuzda olan güclü rəqiblərdən biridir. Az səhv rəqibimizi qələbəyə apardı".