Fransalı keçmiş reqbiçi Kristof Pras koronavirusun qurbanı olub.
Sportnet.az xəbər verir ki, vaxtilə U-18 yığmasının da formasını geyinmiş veteran oyunçu 36 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, daha çox həvəskar liqadakı çıxışı ilə tanınan Kristof Pras karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamışdı.