
Svetislav Peşiç İspaniyanın "Barselona" basketbol komandasının baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, serbiyalı mütəxəssislə müqavilə vaxtından əvvəl pozulub. Onun sözləşməsi 2021-ci ilədək qüvvədə idi.
Qeyd edək ki, Svetislav Peşiç "Barselona"ya 2018-ci ildən rəhbərlik edib. Bu müddətdə 70 yaşlı mütəxəssis iki dəfə İspaniya Kubokunu qazanıb.