
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin kapitanı Ayşən Abdulazimova zədələnib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, 29 yaşlı voleybolçu Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının F qrupunun II tur matçında belindən xəsartə alıb.
Müayinə zamanı bel əzələsinin dartıldığı üzə çıxan təcrübəli blokçuya həkimlər bir neçə günlük müalicə təyin ediblər.
Qeyd edək ki, Abdulazimova bu səbəbdən Rusiya ilə III tur oyununu buraxıb. Sözügedən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.