Təcrübəli həndbol hakim-inspektoru İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.
Sportnet.az xəbər verir ki, o, Türkiyə və Belçika yığmaları arasında keçiriləcək 2023-cü il dünya çempionatının seçmə mərhələ oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qarşılaşma 2022-ci il yanvarın 5-də Türkiyənin Kastamonu şəhərində təşkil olunacaq.
Qeyd edək ki, 1994-cü ildə beynəxalq dərəcəli hakim adına layiq görülən İsgəndər Əsgərov 2010-cu ildən Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir. Bu, təcrübəli mütəxəssisin 2021-ci ildə aldığı 14-cü təyinatdır.