Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan millisi B qrupunda keçirdiyi ilk görüşündə meydan sahibi Türkiyə ilə qarşılaşıb. Oyun rəqibin 29:19 hesablı qələbəsi iləbaşa çatıb.
Bu nəticədən sonra yığma 3 komandanın yarışdığı qrupda sonuncu pilləyə düşüb.
Qeyd edək ki, Azərbaycan millisi qrupun son görüşündə avqustun 12-də Türkiyəyə 26:20 hesabı ilə qalib gəlmiş İranla qarşılaşacaq. Yığma yarımfinala vəsiqə qazanmaq üçün mümkün qədər çox top fərqilə qalib gəlməlidir.