Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz bu ölkənin yığma komandası ilə üç yoldaşlıq oyunu keçirib.
Sportnet.az xəbər verir ki, ilk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesabları ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib.
Qeyd edək ki, yığmamız bu gün keçirilən son matçla Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını başa vurub.
















































































