“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada yerli “Rabotniçki” ilə üz-üzə gəlib.
İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri bu dəfə də eyni uğura imza atıblar. Gərgin keçən görüşdə təmsilçimiz 83:81 hesablı əzmkar qələbə qazanıb.
Qrupun digər görüşündə Rumıniya “Rapid”i “Donar”a qalib gəlib - 69:65.
Qeyd edək ki, A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə qarşı keçirəcək. Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, budəfəki duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq.